Əsas Səhifə > Güney Press > İki yeniyetmə erməni azaraq Azərbaycan ərazisinə KEÇDİ

İki yeniyetmə erməni azaraq Azərbaycan ərazisinə KEÇDİ


Dünən, 12:34

Ermənistanın Sünik rayonunun (Zəngəzur) Tex kəndindən olan iki azyaşlı Azərbaycan ərazisinə keçib.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Belə ki, 6 iyun 2025-ci il tarixində saat 01:20 radələrində Aravus kəndi yaxınlığında Tex (Dığ - red.) icmasının sakinləri Karen Armenoviç Cangiryan (27 iyun 2007-ci il təvəllüdlü) və Andrey Armenoviç Qyaqunts (13 yanvar 2008-ci il təvəllüdlü) azıb və Azərbaycan ərazisinə keçiblər.


Məlumatda qeyd olunur ki, hazırda vətəndaşların olduğu yerin müəyyən edilməsi və təhlükəsiz qayıtmaları üçün bütün zəruri tədbirlər görülür.

Həmin yeniyetmələrin ərazidə mal-qara otardıqları bildirilir.


Geri qayıt