Əsas Səhifə > Güney Press > “Elə janrlar var ki, qulaq asmıram amma pisləmirəm də”
“Elə janrlar var ki, qulaq asmıram amma pisləmirəm də”4-06-2025, 21:39 |
Bunu Moderator.az-a açıqlamasında meyxanaçı Ağamirzə Məmmədov xanəndə Hacı Aqil Məlikovun meyxana haqda fikirlərinə münasibət bildirərkən deyib. O daha sonra əlavə edib: “Ümumi meyxananın adından danışmaq olmaz. Gəlsinlər, onları elə meyxanaya qulaq asdıraram ki, təəccüblə baxarlar. Hacı Aqilin axı meyxanaya bir aidiyyatı yoxdur. Ola bilər ki, o müasir meyxananı qəbul etmir. Qəbul etsən də, etməsən də bu belədir də. Mən də çox şeyi qəbul etmirəm, amma pisləmirəm də. Hacı Aqil özü də Şağanlıdır. Şağan əhli özü də meyxanaya dəstək olub” deyə meyxanaçı bildirib. Ağamirzə Məmmədov bildirib ki, konkret qonorarı yoxdur: “Mən damara baxıb qan alıram. Dünən təmənnasız bir toya getdim, hətta pul da saldım. Qəpiksiz-quruşsuz. Mən aza qane olan adamam. Allah bərəkət versin. Bəzən fikirləşirəm ki, fəhlə gör aya neçəyə işləyir? Pulu heç vaxt düşünməmişəm. Sənə çatmayan ruzi sənin deyil. Allah-təala bir şeyi qismət etsə beton da qarşısını kəsə bilməz” deyə sənətkar bildirib. Qeyd edək ki, Hacı Aqil Məlikov APA tv-yə müsahibəsində meyxana haqda bunları bildirib: “Meyxana toyları pis günə salıb. Toylarda meyxana keçmişdə də olub. Bunun üçün meyxanaya müəyyən bir vaxt ayırardılar, toy sahibindən icazə alıb oturardılar. Amma indi gedib oturursan toyda, meyxanaçı gəlib əvvəldə axıra qədər meyxana deyib gedir. Bu nə deməkdir? Televiziyanı açırsan meyxana, toya gedirsən meyxana” deyə o bildirib. Geri qayıt |