Əsas Səhifə > Güney Press > Tanınmış həkim nazirliyi heçə saydı, video paylaşdı
Tanınmış həkim nazirliyi heçə saydı, video paylaşdı4-06-2025, 21:34 |
"DİA-AZ" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu dəfə tanınmış Mammoloq-Radioloq Günel Qəmbərova bu addımı atıb. Məlhəm Beynəlxalq Hospitalında pasiyentin intim bölgələrini yayımlamaqdan çəkinməyən G.Qəmbərovanın proses zamanı bayağı davranışı da birmənalı qarşılanmayıb. Qeyd edək ki, bir müddət əvvəl Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi əməliyyat zamanı yayım açan həkimlərə xəbərdarlıq edib: “Əməliyyat zamanı çəkiliş yalnız elmi-tədris məqsədi ilə tam sanitar-gigiyenik qaydalara riayət edilməklə, cərrahiyyə otaqlarında xüsusi tələblərə uyğun (sterillik) quraşdırılan texniki avadanlıqlar vasitəsi ilə həyata keçirilə bilər. Bu qaydalara əməl etməyərək, digər avadanlıqlarla çəkilişlərin aparılması gigiyenik qaydaları pozur və infeksiyanın yayılması üçün münbit şərait yaradır. Yuxarıda qeyd olunan fəaliyyət, “Reklam haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən reklam hesab olunur və İnzibati Xətalar Məcəlləsinin 428.4-ci maddəsinə əsasən tətbiqinə icazə verilməyən müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının reklam edilməsinə görə vəzifəli şəxslər üç yüz (300) manatdan beş yüz (500) manatadək məbləğdə, hüquqi şəxslər min (1000) manatdan iki min (2000) manatadək məbləğdə cərimə edilir”, - məlumatda vurğulanıb. Göründüyü kimi, G.Qəmbərova sözügedən videonu yaymaqla dövlət qurumunun xəbərdarlığını heçə sayıb. Həmin görüntüləri etik qaydalar çərçivəsində təqdim edirik: Geri qayıt |