Əsas Səhifə > Güney Press > Kiyevə sülh lazım deyil

Kiyevə sülh lazım deyil


4-06-2025, 19:00

Kiyevə sülh lazım deyil.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin hökumət üzvləri ilə keçirdiyi müşavirədə Ukraynanın humanitar səbəblərdən, o cümlədən döyüş meydanında həlak olan hərbçilərin cəsədlərini toplamaq üçün 2-3 günlük atəşkəslə razılaşmaqdan imtina etməsini şərh edərkən deyib.

"Sülh onun (Volodimir Zelenski-red.) üçün çox güman ki, hakimiyyətin itirilməsi deməkdir. Bu rejim üçün güc, görünür, sülhdən və onların özününkü hesab etmədiyi insanların həyatından daha vacibdir", - Putin vurğulayıb.


Geri qayıt