Əsas Səhifə > Güney Press > Son bir ildə Azərbaycanda 64 orta məktəb bağlanıb

Son bir ildə Azərbaycanda 64 orta məktəb bağlanıb


4-06-2025, 17:37

2024/2025-ci tədris ilinin əvvəlinə olan məlumata görə, Azərbaycanda 4 324 dövlət ümumi təhsil müəssisəsi (orta məktəb) fəaliyyət göstərib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əvvəlki illə müqayisədə məktəblərin sayı 64 ədəd azalıb. Belə ki, 2023/2024-cü tədris ilində Azərbaycanda 4 388 orta məktəb olub.
Qeyd edək ki, son bir ildə orta məktəblərdə oxuyan şagirdlərin də sayında azalma qeydə alınıb. Əgər 2023/2024-cü tədris ilində Azərbaycanda 1 680 733 şagird təhsil alırdısa, 2024/2025-ci tədris ilində şagirdlərin sayı 9 617 nəfər azalaraq 1 671 116 nəfərə düşüb.
Məlumat üçün bildirək ki, məktəblərin sayında ən böyük azalma Lerik rayonunda qeydə alınıb. Bu rayonda məktəblərin sayı son bir ildə 105-dən 96-ya düşüb. Lerik rayonunda il ərzində 9 məktəb bağlanıb. Quba rayonunda isə 7 məktəb bağlanıb. Rayondakı məktəblərin sayı 138-dən 131-ə enib. Bundan əlavə, Kəlbəcər və Füzuli rayonlarının hərəsində 4 məktəb bağlanıb.
Aşağıda şəhər və rayonlar üzrə son bir ildə bağlanan məktəblərin sayı göstərilib:
Lerik rayonu – 9;
Quba rayonu – 7;
Ağsu rayonu – 8;
Kəlbəcər rayonu – 4;
Füzuli rayonu – 4;
Yardımlı rayonu – 4;
Qax rayonu – 4;
Şəmkir rayonu – 3;
Şamaxı rayonu – 3;
Balakən rayonu – 3;
Şuşa rayonu – 2;
Şəki rayonu – 2;
Neftçala rayonu – 2;
Salyan rayonu – 2;
Daşkəsən rayonu – 1;
Göygöl rayonu – 1;
Hacıqabul rayonu – 1;
Oğuz rayonu – 1;
Qazax rayonu – 1;
Qusar rayonu – 1;
Xızı rayonu – 1;
Yevlax rayonu – 1;
Şirvan şəhəri – 1.
Onu da bildirək ki, bu azalmaya baxmayaraq bəzi bölgələrdə məktəblərin sayında artım olub. Son bir ildə Bakı şəhərində məktəblərin sayı 3 vahid artaraq 361-dən 364-ə yüksəlib. Həmçinin Laçın və Samux rayonlarında da bir məktəb artımı qeydə alınıb. Xocalı rayonunda məktəblərin sayı 12-dən 13-ə qalxıb. Əvvəllər Xankəndi şəhərində məktəb olmasa da, bu il ilk dəfə məktəb fəaliyyətə başlayıb.
Aşağıda şəhər və rayonlar üzrə son bir ildə fəaliyyətə başlayan məktəblərin sayı göstərilib:
Bakı şəhəri – 3;
Laçın rayonu – 1;
Samux rayonu – 1;
Biləsuvar rayonu – 1;
Xocalı rayonu – 1;
Xankəndi şəhəri – 1.


Geri qayıt