Əsas Səhifə > Güney Press > “Kredit Servis BOKT”nin mənfəəti azalıb

“Kredit Servis BOKT”nin mənfəəti azalıb


4-06-2025, 15:49

“Kredit Servis BOKT” MMC-nin xalis mənfəəti 2024-cü ildə 64 min manat olmaqla öncəki illə müqayisədə 2% az olub.

Banker.az bunu BOKT-nin illik audit hesabatına istinadən xəbər vrir.

Hesabata görə, cəmi aktivlər 15,2% artaraq 1,6 milyon manatı keçib. Artım əsasən uzunmüddətli aktivlərin 62,5% artması ilə bağlıdır. Qısamüddətli aktivlər isə 75% azalaraq 120 min manata düşüb. Xalis mənfəət 64 min manat təşkil etsə də, 2023-cü ilin mənfəəti sənəddə qeyd olunmayıb.

Cəmi kapital 1,3 milyon manat səviyyəsində qalsa da, ümumi öhdəliklərdə ciddi – 513% artım qeydə alınıb və 261 min manata yüksəlib.

Xatırladaq ki, “Kredit Servis” 2011-ci ildə yaradılıb, onun nizamnamə kapitalı 1 milyon 283 min manatdır.


Geri qayıt