Əsas Səhifə > Güney Press > Moskvada çeçenlərin oğurladığı şəxsin həyatında Azərbaycanın rolu...
Moskvada çeçenlərin oğurladığı şəxsin həyatında Azərbaycanın rolu...4-06-2025, 13:06 |
Moskvada bir gün əvvəl axşam saatlarında iş adamını oğurlayan altı nəfər polis şöbəsində "şəraitin aydınlaşdırılmasından” sonra sərbəst buraxılıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Shot” nəşri məlumat yayıb. Məlumata görə, saxlanılanlardan üçü polisə özlərini Rus Qvardiyasının (Rosqvardiya) hazırkı əməkdaşları kimi təqdim edib. KİV-in yazdığına görə, həmin şəxslər polis şöbəsini tərk edərkən jurnalistlərin "niyə adam oğurlamısınız” sualına gülümsəyərək cavab verməyiblər. Onlar "miqalka”lı və güc strukturlarının tez-tez istifadə etdiyi AMR seriyalı nömrələri olan "Mercedes” markalı avtomobilə əyləşərək, polis əməkdaşlarının müşayiəti ilə ərazidən uzaqlaşıblar. Bu, həmin avtomobildir ki, bir gün əvvəl bu şəxslər 39 yaşlı sahibkar Areq Şçepixinini insanların gözü qarşısında zorla avtomobilin baqajına salaraq oğurlamağa çalışıblar. Hadisə Yaroslavski vağzalı yaxınlığında baş verib. Daha sonra avtomobil Kiyev şosesində, MKAD-dan 3 km məsafədə saxlanılıb, lakin içərisində artıq Şçepixin olmayıb. Bu barədə "Baza” nəşri məlumat verib. Məlum olub ki, bu "Mercedes” əvvəllər mediada Çeçenistan rəhbəri Ramzan Kadırovun yaxın adamı və köməkçisi kimi tanınan Səidəhməd Eldarbiyevin avtomobilini müşayiət edib. Hazırda Areq Şçepixinin harada olduğu məlum deyil. Onun axtarışları Mərkəzi Federal Dairə üzrə nəqliyyatda təhlükəsizlik idarəsinin əməkdaşları tərəfindən aparılır. "Ostorojno, novosti”nin məlumatına görə, Şçepixin əvvəllər Ohanyesyan soyadını daşıyıb, Ximki şəhərində yaşayıb və özünü biznesmen, Rusiya qəhrəmanı və top-menecer kimi təqdim edib. O, həmçinin "Rusiya — imkanlar ölkəsi” adlı müsabiqənin iştirakçısı olub və orada insanlara yeni obrazlar yaratmaq üçün mobil tətbiq təqdim edib. Bundan başqa, "Yeni Rus Dünyası” adlı siyasi partiya yaradaraq gəncləri pul qazanmağı öyrətmək istədiyini bildirib. O, həmçinin "Tanrının cinsi” adlı kitab yazıb və özünü Rusiyanın "krallıq ailəsinin nümayəndəsi” hesab edib. Oğurlanmazdan əvvəl Şçepixin bir neçə video paylaşıb. Onlardan birində çeçen xalqını, Allahı və Quranı təhqir edib. Bu videolar çeçen blogerlərin diqqətini çəkib və onlar həmin şəxsin tapılaraq cəzalandırılmasını tələb ediblər. Şçepixinin anasının sözlərinə görə, o, Qarabağ müharibəsi zamanı Azərbaycanın region üzərində tam nəzarət əldə etməsindən sonra müsəlmanlara qarşı kəskin mənfi münasibət bəsləməyə başlayıb. Geri qayıt |