Əsas Səhifə > Güney Press > Ermənistanda indikindən daha legitim hökumət olmayıb

Ermənistanda indikindən daha legitim hökumət olmayıb


4-06-2025, 12:48

Baş nazir Nikol Paşinyan İrəvan Dövlət Universitetində çıxışı zamanı deyib ki, 1991-ci ildən bəri Ermənistanda indikindən daha legitim hökumət olmayıb.

Modern.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, 2021-ci ildə - 44 günlük müharibədən sonra hakimiyyətin legitimliyi sual altında qaldığından növbədənkənar seçkilərin keçirilməsinə qərar verilib.

"Biz legitimlik problemini həll etmək üçün seçkilərə getdik. Əslində, biz onu ölüm təhlükəsi altında keçirdik", - Paşinyan bildirib.

O, həmçinin vurğulayıb ki, 44 günlük müharibə nəticəsində “vətənin bir hissəsini itirdik, amma daha suveren və daha müstəqil dövlət əldə etdik”.


Geri qayıt