Əsas Səhifə > Güney Press > İrəvan-Bakı arasında 2 reys həyata keçirilib: Təyyarədə KİMLƏR OLUB...

İrəvan-Bakı arasında 2 reys həyata keçirilib: Təyyarədə KİMLƏR OLUB...


4-06-2025, 09:47

2025-ci ilin yanvar-iyun ayları ərzində İrəvandan Bakıya və əks istiqamətdə iki dövlət aviareysi həyata keçirilib.

Musavat.com xəbər verir ki, bu barədə “Sputnik Armenia”nın sorğusuna cavab olaraq Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyindən məlumat verilib.

“Bu il İrəvan-Bakı marşrutu üzrə bir, əks istiqamətdə isə bir reys həyata keçirilib. Hər iki halda təyyarədə xarici yüksək vəzifəli şəxslər olub”, – deyə nazirlikdən bildirilib.

Qurumdan əlavə edilib ki, dövlət reyslərinin yerinə yetirilməsinə icazəni Ermənistanın Xarici İşlər Nazirliyi verdiyindən, onların əlavə məlumatı yoxdur.


Geri qayıt