Azercell-in iyulun 1-dən etibarən yeni tarif sisteminə keçəcəyi ilə bağlı açıqlaması ictimai narazılığa səbəb olub. Sosial şəbəkələrdə istifadəçilər mobil operatoru boykot etməyə çağırır, #boykotAzercell həştəqi altında kampaniyaya start veriblər. Şirkətin yaydığı məlumata görə, yeni qaydalara əsasən, balans yükləməsinə görə nömrənin aktiv qalma müddəti dəyişəcək. Belə ki, onlayn ödənişlə balansına aşağıdakı məbləğlərdə pul yükləyən abunəçilər bu qədər müddət xidmətə qoşulu qalacaqlar: 1-1,99 manat – 1 gün 2-2,99 manat – 2 gün 3-4,99 manat – 3 gün 5-9,99 manat – 5 gün İstifadəçilər bu dəyişikliyi ədalətsiz və spekulyativ addım kimi dəyərləndirir. Xüsusilə aztəminatlı abunəçilər üçün xidmətin əlçatmaz hala gələcəyini deyənlər az deyil. Azercell hələlik sosial mediada yayılan narazılıqlara rəsmi cavab verməyib. Siz mobil operatorların təqdim etdiyi xidmətin qiymət və keyfiyyəti ilə razısınızmı? Fikrinizi bizimlə bölüşün, birlikdə müzakirə edək.
"DİA-AZ"
Geri qayıt
|