Əsas Səhifə > Güney Press > Oral seks təklifinə görə dostunun başını kəsdi
Oral seks təklifinə görə dostunun başını kəsdi4-06-2025, 08:28 |
CİNAYƏT İŞİ Qısa arayış... 2024-cü ilin aprel ayında Bakının Sabunçu rayonunda qətl hadisəsi olur. Məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanır. Məlum olur ki, cinayət Balaxanı qəsəbəsi, “Fazenda” yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə baş verib. Yataq otağında, döşəmədə, üzü üstə uzanıqlı vəziyyətdə 2006-cı il təvəllüdlü Rəşid İmanovun meyiti aşkar edilib. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib. İş üzrə dindirilmiş Rəhim Əsədov bildirib ki, 2006-cıdə Yevlax şəhərində anadan olub, əvvəllər məhkum olunmayıb. Şuşa rayonun Xəlifəli kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birgə Bakı şəhərində, Ramana qəsəbəsinin Südçülük sovxozunda yaşayıb: “Hadisədən təxminən 2 ay əvvəl sosial şəbəkədə “Ağa” adlı profili işlədən Rəşid İmanovla tanış olmuşam. Rəşidlə ilk dəfə onun iş yerində, hazırda xatırlamadığım ünvanda görüşmüşük. Mayın 10-da “Whatapp” tətbiqində yazışarkən Rəşid məni yaşadığı evə dəvət etdi. Görüşüb, ondan borca 50 manat pul aldım. İyunun 13-ü saat 22 radələrində “Whatapp”da danışarkən Rəşid növbəti gün məni yenidən evə çağırdı. Ayın 14-ü saat 11 radələrində ondan 100 manat almaq məqsədi ilə yaşadığı ünvana getdim. Rəşid məni qarşılayaraq, çay içməyi təklif etdi, mən isə cavabımda vaxtım olmadığını və pul üçün gəldiyimi dedim. Rəşid ünvanıma nalayiq ifadələr işlədəndə, əsəbiləşərək boğazından tutub onu döşəməyə yıxdım. Söyüş söyməkdə davam edən tanışımı öldürməkdən ötrü mətbəxdən bıçağı götürdüm. Döşəmədə uzanan Rəşidin saçından tutub başını bir az yuxarı qaldırdım. Bıçaqla boğazına zərbələr endirdim. Rəşidin öldüyünü görüb masa üzərində olan mobil telefonu götürüb evi dərhal tərk etdim. Hadisənin şahidi olmasa da, həmin gecə polis əməkdaşları yaşadığım ünvana gəlib məni 12-ci şöbəyə apardılar”. Rəhim Əsədov əlavə edib ki, hadisə zamanı özü xəsarət almayıb. Qaydasız döyüşlə məşğul olduğu üçün qısa zamanda Rəşidin müqavimətini qırıb. Rəşid onu bir dəfə yumruqla vurmaq istəsə də, zərbədən yayınıb. Hadisə zamanı spirtli içki və ya narkotik vasitə təsiri altında olmayıb. Zərərçəkmiş şəxsin hüquqi varisi Rüstəm İmanov ifadəsində göstərib ki, o, Salyan rayonunun Yeni Uluxanlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Böyük oğlu Rəşid müxtəlif restoranlarda aşpaz kimi çalışıb: “Özüm Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə məhkum olunmuşam. İyunun 15-də 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi məni yanına çağıraraq, dedi ki, oğlum öldürülüb və buna görə mən təkadamlıq kamerada saxlanılmalıyam. Bu hadisə cəzamın bitməsinə 9 gün qalmış baş verdi. Bu xəbəri eşidəndə əvvəl oğlumun düşmənlərim, yəni qətlə yetirdiyim şəxsin yaxınları tərəfindən öldürülə biləcəyini düşündüm. Amma azadlığa çıxandan sonra mənə məlumat verdilər ki, oğlumu Rəhim adlı həmyaşıdı vurub. Rəşid sağlığında sakit təbiətli, davaya meyili olmayan uşaq idi. Ailə üzvlərim bir ildir ki, Balaxanı qəsəbəsində, kirayədə yaşayırdılar”. Rüstəm İmanov bildirib ki, azadlığa çıxandan 2 gün sonra Rəhimin Nizami adlı qohumu 1000 manat pul gətirərək “həbsxanadan təzə çıxmısan, lazım olar” deyib. Ümumilikdə təqsirləndirilən şəxsin ailəsi tərəfindən onlara 2200 manat pul verilib. O, Rəhim Əsədovdan şikayəti olmadığını qeyd edib. “İyunun 14-də qəsəbədə yerləşən marketin qarşısında İsmayılla görüşdüm. Rəşidə zəng vursaq da, cavab vermədi. Bir müddətdən sonra Rəşidin anası İsmayıla zəng edərək, oğlundan narahat olduğunu bildirərək, evlərinə gedib ona baxmağımızı istədi. Birlikdə darvazadan həyətə keçib, qapısını döysək də, açan olmadı. Daha sonra pəncərədən evə girməkdən ötrü, İsmayıl qonşudan kəlbətin götürərək, mismarları çıxardı. Yataq otağına daxil olanda Rəşidi yerdə üzü üstə uzanıqlı vəziyyətdə gördük. Halım pisləşdiyi üçün dərhal otaqdan çıxdım. İsmayıl mənim telefonumdan polisə və təcili tibbi yardıma zəng vuraraq, bu barədə məlumat verdi”. Mərhumun anası, şahid Günel İmanova bildirib ki, yoldaşının təqsirləndirilən şəxsə münasibəti onun öz seçimidir. Şəxsən o, Rəhim Əsədova ən ağır cəza verilməsini xahiş edib. “Oğlum Rəhim Ağdaş şəhərində Humanitar kollecdə təhsil alıb. Hərbi xidmətə yollanmağa hazırlaşırdı. İyunun 14-də səhər Rəhim yemək yeyib evdən çıxıb və Məhkəmə Rəhim Əsədovun əməllərinin Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.11-ci (quldurluqla əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə tövsif olunmasını və ona müddətli azadlıqdan məhrumetmə cəzası təyin edilməsini əsaslı sayıb. Geri qayıt |