Əsas Səhifə > Güney Press > Sabirabadın Muğan Gəncəli kəndində evdə yanğın zamanı 4 nəfər ölüb
Sabirabadın Muğan Gəncəli kəndində evdə yanğın zamanı 4 nəfər ölüb4-06-2025, 07:56 |
Fövqəladə Hallar Nazirliyinin (FHN) qaynar telefon xəttinə Sabirabad rayonunun Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in müvafiq xilasetmə qüvvələri yanğın yerinə cəlb olunublar. İlkin məlumata əsasən, yanğın ikimərtəbəli fərdi yaşayış evində baş verib. Yanğının kəşfiyyatı zamanı 4 nəfərin meyiti aşkar olunub. Yanğın söndürülüb, ətrafda olan tikililər yanğından mühafizə olunub. Əlavə məlumat veriləcək. Geri qayıt |