Əsas Səhifə > Güney Press > Cənubi Koreyanın yeni prezidenti Li Jae-Myonq vəzifəsinin icrasına başlayıb
Cənubi Koreyanın yeni prezidenti Li Jae-Myonq vəzifəsinin icrasına başlayıb4-06-2025, 04:28 |
APA xəbər verir ki, bu barədə “Jungang Ilbo” qəzeti məlumat yayıb. Yerli vaxtla saat 06:15 radələrində seçkilərin nəticələrinin rəsmi yekunlaşdırılması və tanınması üçün Mərkəzi Seçki Komissiyasının (MSK) plenar iclası keçirilib. Mərkəzi Seçki Komissiyasının sədri No Taeak Li Jae-Myonqun seçildiyini elan edib və həmin anda Li Jae-Myonqun prezidentlik müddəti rəsmən başlayıb. İnauqurasiyanın sadələşdirilmiş formada iyunun 4-də baş tutacağı gözlənilir. *** 00:17 Cənubi Koreyanın əsas müxalifətçi Demokratik Partiyasının namizədi Li Jae-Myonq növbədənkənar prezident seçkilərində qalib gəlib. APA xəbər verir ki, bununla bağlı “Yonhap” agentliyi məlumat yayıb. Geri qayıt |