Əsas Səhifə > Güney Press > Nazir müavini vəzifəsindən azad edildi

Nazir müavini vəzifəsindən azad edildi


3-06-2025, 18:49

Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsindən azad edilib.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Sərəncam imzalayıb. Sərəncama əsasən, Rahid Zahid oğlu Ələkbərli MR rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, Rahid Ələkbərli 2023-cü il oktyabrın 31-də Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini təyin edilmişdi.

 /APA


Geri qayıt