Əsas Səhifə > Güney Press > Paşinyan üçün ölümcül təhlükə var
Paşinyan üçün ölümcül təhlükə var1-06-2025, 12:17 |
Globalinfo.az xəbər verir ki, bu fikriləri erməni politoloq Hrant Məlik-Şahnazaryan deyib. Onun sözlərinə görə, Ermənistanda kütlə yenidən xalqa çevrilir: “Nikolun hökuməti üçün ölümcül təhlükə var. O, hərəkətə keçməlidir. Onun kilsəyə qarşı apardığı kampaniyadan az-çox hiddətlənənlərin hamısı artıq onun seçiciləri deyil. O, xalqın həmin təbəqəsinin inamını dönməz şəkildə itirib. Cəmiyyətin digər təbəqələri də Nikola etibar etmir. Onlara Paşinyan lazım deyil. Sosial şəbəkələr Nikolun əxlaqsız fikirlərini əks etdirən skrinlərlə doludur. Onları yayanların çoxu isə məhz müxalifətçilərdir. Biz özümüzü “dalanda” qoymuşuq və ora düşüb çıxa bilmirik. Bu arada Nikolun hakimiyyətdən uzaqlaşdırılması üçün imkanlar var idi. İndi impiçment variantı mövcuddur. Sadəcə, qərar yoxdur. Qərar gecikir, Nikol isə öz addımlarını atır”. Geri qayıt |