Əsas Səhifə > Güney Press > İlon Maska qarşı sensasion ittiham
İlon Maska qarşı sensasion ittiham31-05-2025, 12:43 |
ABŞ-da qaradərili icmanın hüquqlarını müdafiə edən Amerikanın Milli İrəliləyiş Assosiasiyası (NAACP), Memfis şəhər rəhbərliyinə müraciət edərək İlon Maska məxsus "xAI" şirkətinin yaratdığı "Colossus" adlı superkompüterin fəaliyyətinin dərhal dayandırılmasını tələb edib. Musavat.com xəbər verir ki, bu barədə məlumatı NBC News yayıb. Aktivistlər iddia edirlər ki, superkompüterin enerji ilə təminatında istifadə olunan metan qazlı turbinlər ətraf mühiti çirkləndirir və bu, əsasən qaradərili insanların yaşadığı məhəllələrin sağlamlığına ciddi təhlükə yaradır. NAACP-nin rəhbəri Derrik Conson sərt bəyanatla çıxış edib: Qeyd edək ki, "Colossus" superkompüteri süni intellekt və yüksək hesablama gücü sahəsində ABŞ-ın ən irimiqyaslı layihələrindən biri hesab olunur. Lakin ətraf mühitə təsiri ilə bağlı narahatlıqlar artıq ictimai narazılığa səbəb olub. Geri qayıt |