Əsas Səhifə > Güney Press > Fransanın Gorusda fəxri konsulluğu iyunun əvvəlində açılacaq
Fransanın Gorusda fəxri konsulluğu iyunun əvvəlində açılacaq29-05-2025, 17:54 |
Ermənistanın Sünik vilayətinin Gorus şəhərində Fransanın fəxri konsulluğu iyunun 2-də açılacaq. “Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Qeyd olunub ki, konsul Gorus Frankofoniya Mərkəzinin rəhbəri Karmen Apunts olacaq. Xatırladaq ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro mayın 26-da İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında Gorusda Fransanın konsulluq agentliyinin açılması planları barədə məlumat verib. Geri qayıt |