Əsas Səhifə > Güney Press > BOKT “İnternational”ın dövlətə yarım milyon manata yaxın vergi borcu var
BOKT “İnternational”ın dövlətə yarım milyon manata yaxın vergi borcu var29-05-2025, 16:51 |
BOKT “İnternational” ASC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub. Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir. Məlumata əsasən, BOKT “İnternational” ASC-nin vergi borcu 477 054.66 manatdır. Bu vergi borcu 28.05.2025-ci il tarixinə olan məlumatdır. Xatırladaq ki, BOKT 2013-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 8 000 000 manatdır və qanuni təmsilçisi Nicat Həsənovdur. Geri qayıt |