Əsas Səhifə > Güney Press > Rövşən Qurbanov həbs edildi
Rövşən Qurbanov həbs edildi29-05-2025, 11:24 |
Novosibirsk şəhərinin Zaeltsovski rayon məhkəməsi rüşvət almaqda şübhəli bilinən Rusiya Milli Qvardiyasının Novosibirsk vilayəti üzrə qeyri-departament mühafizə idarəsinin rəisi Rövşən Qurbanovu iki ay müddətinə həbs edib. "Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat dərc edib. "Məhkəmə Qurbanov Rövşən Qurban oğlu barəsində 2025-ci il iyulun 27-dək həbs qətimkan tədbiri seçib", - məlumatda qeyd olunub. Rusiya İstintaq Komitəsinin məlumatına görə, təqsirləndirilən şəxs aprelin 30-da “Lemana PRO” ticarət mərkəzinin fövqəladə halların qarşısının alınması şöbəsinin müdirinə messencer vasitəsilə zəng edərək ondan 293 min rubldan çox dəyərində tikinti materialları şəklində rüşvət verməsini tələb edib. Geri qayıt |