Əsas Səhifə > Güney Press > Fidan Moskvada Putinlə danışıqların bəzi detallarını açıqlayıb
Fidan Moskvada Putinlə danışıqların bəzi detallarını açıqlayıb27-05-2025, 15:39 |
Türkiyə xarici işlər naziri Hakan Fidan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə danışıqların bəzi detallarını açıqlayıb. "Report" xəbər verir ki, daha əvvəl Hakan Fidan Rusiya Prezidentinə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğandan mühüm mesajlar çatdırdığını qeyd edib. "Biz Prezident Rəcəb Tayyib Ərdoğan üçün vacib olan məqamları, xüsusilə də Rusiya-Ukrayna münaqişəsini müzakirə etdik. Rusiya və Ukrayna arasında danışıqların həmişə səmərəli olmasını vacib hesab edirik", - H.Fidan bildirib. O vurğulayıb ki, Türkiyə bundan sonra da münaqişənin həllinə mümkün töhfəsini verməyə hazırdır. Türkiyə XİN başçısının sözlərinə görə, "Akkuyu" AES-in tikintisi prosesi, yaranmış problemlər və onların aradan qaldırılması yolları, həmçinin Rusiya qazının Türkiyəyə tədarükü ətraflı müzakirə olunub. Nazir, həmçinin Putinlə danışıqları son dərəcə məhsuldar adlandırıb. Geri qayıt |