Əsas Səhifə > Güney Press > Fidanla danışıqlarda yüksək səviyyəli razılaşmaların yerinə yetirilməsini müzakirə etdik

Fidanla danışıqlarda yüksək səviyyəli razılaşmaların yerinə yetirilməsini müzakirə etdik


27-05-2025, 15:00

Hakan Fidanla danışıqlar zamanı yüksək səviyyəli razılaşmaların həyata keçirilməsinə xüsusi diqqət yetirilib.

“Report” xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, tərəflər iki ölkənin enerji, xüsusilə Türkiyədə “Akkuyu” AES-in tikintisi sahəsində əməkdaşlığını, həmçinin "Türk axını" və "Mavi axın" boru kəmərlərinin təhlükəsizliyini müzakirə ediblər.

Xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, 2024-cü ildə Rusiya və Türkiyə arasında ticarət dövriyyəsi 52 milyard dolları ötüb. O, tərəflərin ticari-iqtisadi əməkdaşlıq üzrə qarışıq komissiyanın 19-cu iclasının keçirilməsinə hazırlaşdığını vurğulayıb: "Biz nazirliklərimizin aidiyyəti qurumlarla sıx təmasda olacağını razılaşdırdıq".


Geri qayıt