Əsas Səhifə > Güney Press > Mərhum iş adamının yüksək rütbəli oğlu

Mərhum iş adamının yüksək rütbəli oğlu


27-05-2025, 12:59

Uzun illər DİN BDYPİ-nin qeydiyyat-imtahan və texniki baxış şöbəsində işləmiş Mübariz Əhədov vəfat edib.

Bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat verib.

Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra mayın 26-da 59 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Mübariz Ağamirzə oğlu Əhədov 1966-cı ilin mayın 25-də Sumqayıt şəhərində anadan olub.

O, uzun müddət BDYPİ-nin qeydiyyat-imtahan və texniki baxış şöbəsində işləyib. Polis polkovniki rütbəsinə qədər yüksələn M.Əhədov sonuncu dəfə Lənkəran şəhərində 5 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi vəzifəsində çalışıb və 2021-ci ildə təqaüdə göndərilib.

Xatırladaq ki, Mübariz Əhədov 2016-cı ildə dünyasını dəyişmiş xeyiyyəçi iş adamı, Sumqayıtdakı məşhur “Karvan” Ticarət Mərkəzinin sahibi olmuş Ağamirzə Əhədovun oğludur.

Mərhum iş adamının yüksək rütbəli oğlu doğum günündən sonra vəfat etdi - FOTO

Geri qayıt