Əsas Səhifə > Güney Press > “Zəngəzur dəhlizi Türkiyənin patronajlığına keçəcək”

“Zəngəzur dəhlizi Türkiyənin patronajlığına keçəcək”


27-05-2025, 12:47

“Hansı dövlətin nə deməsindən asılı olmayaraq Zəngəzur dəhlizi açılacaq”.

Bu sözləri İranın Zəngəzur dəhlizi ilə bağlı bəyanatlarla çıxış etməsi və dəhlizin açılıb-açılmama ehtimalını Yenicag.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib.

O, bildirib ki, Zəngəzur dəhlizi Türkiyəyə həvalə olunacaq:

“İranın özündə həm daxili, həm də xarici siyasətlə bağlı yekdil fikirdə olmayan adamlar var. İranın Ermənistandakı səfirinin dilindən mütəmadi olaraq “dəhliz açılmayacaq” ifadəsini eşidirik. Bundan əlavə, xarici işlər nazirinin müavini səviyyəsində də bu fikir deyilir. Ermənistan tərəfi bu məsələ ilə bağlı susqun davranır.

Zəngəzur dəhlizinin açılması Ermənistanın harada dayanmasından asılıdır. Əgər Ermənistan Azərbaycan-Türkiyə birliyinin yanında dayanacaqsa, hər iki ölkə ilə münasibətlərini normallaşdıracaqsa və kommunikasiyaların açılmasına qərar verəcəksə, dəhliz açılacaq. Hesab edirəm ki, hansı dövlətin nə deməsindən asılı olmayaraq Zəngəzur dəhlizi açılacaq.

ABŞ-də prezident seçkiləri ərəfəsində qeyd etmişdim ki, Zəngəzur dəhlizinin taleyi Türkiyəyə həvalə ediləcək. ABŞ hətta Rusiya Ukrayna müharibəsinin bitməsi üçün vasitəçiliyi də Türkiyəyə verib. Zəngəzur dəhlizi Türkiyənin patronajlığına keçəcək və bu, Rusiyanın zəifləməsi fonunda olacaq”.


Geri qayıt