Əsas Səhifə > Güney Press > Azərbaycanda 9 milyon manatlıq şərab şirkəti ləğv edilir

Azərbaycanda 9 milyon manatlıq şərab şirkəti ləğv edilir


27-05-2025, 09:22

“Caspian Coast Winery and Vineyards” MMC-nin fəaliyyətinə xitam verilərək “Top Properties” MMC-yə qoşulur.

FED.az xəbər verir ki, “Top Properties” MMC “Caspian Coast Winery and Vineyards” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir.

Xatırladaq ki, “Caspian Coast Winery and Vineyards” MMC 27 mart 2006-cı ildə yaradılıb. Nizamnamə kapitalı 9 milyon 458 min 024 manatdır. Qanuni təmsilçisi Fuad Mollayev Rahib oğludur.

“Top Properties” MMC 29 yanvar 2020-ci ildə yaradılıb. Nizamnamə kapitalı 150 milyon 294 min 352,5 manatdır. Qanuni təmsilçisi Vasi Məcnunov Əfi oğludur.


Geri qayıt