Əsas Səhifə > Güney Press > Ukrayna müdafiə raketlərinin kritik çatışmazlığı ilə üz-üzədir

Ukrayna müdafiə raketlərinin kritik çatışmazlığı ilə üz-üzədir


27-05-2025, 07:05

Ruslar Ukraynaya qarşı müharibədə müxtəlif innovasiyaları fəal şəkildə tətbiq edirlər. Onlar Ukrayna müdafiəsində boşluqlar axtarmağa çalışırlar. Ukrayna Hava Hücumundan Müdafiə sistemləri üçün raket çatışmazlığı ilə üz-üzədir.

Axar.az xəbər verir ki, bu barədə “Le Monde" nəşri yazıb.

"Ruslar bizim ərazimizə yeni tipli “Banderol” adlı beş raket nümunəsi buraxıblar. Onlar hər hücumun nəticələrini diqqətlə təhlil edir, müdafiəmizdəki boşluqları axtarırlar. Dron və qanadlı raketlərini proqramlaşdırarkən getdikcə daha mürəkkəb trayektoriyalardan istifadə edirlər", – bunu ukraynalı komandirlərdən birinə istinadən nəşr yazıb.

O izah edib ki, düşmənin əsas məqsədi Ukrayna silah-sursatını tükətməkdir:

"Hal-hazırda bizdə heç nə yoxdur. Bu gün Ukraynanı ballistik raketlərdən qorumaq üçün heç bir vəsaitimiz yoxdur".



Geri qayıt