Əsas Səhifə > Güney Press > Rafael İbrahimovun ailəsi Britaniyadakı qalmaqaldan danışdı
Rafael İbrahimovun ailəsi Britaniyadakı qalmaqaldan danışdı27-05-2025, 00:08 |
“Qafqazinfo”nun məlumatına görə, Rafael İbrahimov yazılanlara şərh vermək istəməsə də, onun ailəsi məsələyə münasibətini bildirib. İbrahimovlar ailəsindən bildirilib ki, hadisələrin baş verdiyi müalicə müəssisəsinə qarşı iddia qaldırılıb. Qeyd olunub ki, bu ilin mayın 20-də Britaniya Trubunal Məhkəməsi (HM Courts and Trubunals) Rafael İbrahimovun xeyrinə qərar qəbul edib. “Fevralda Norzviç qəzetində məqalə çıxanda, biz - Rafaelin ailəsi, buna sakit yanaşdıq. Müalicə müəssisəsinin əməkdaşlarının yerli qəzetlə aşkar əlaqələri var və onların simpatiyası aydın görünür. Ətraflı danışmadan, Rafaelin günahsız olduğuna və bu işin absurd olmasına sizi inandırmaq istəyirik. Britaniyadakı məhkəmədə ilk iddiamızı qazanmışıq”, - deyə R.İbrahimovun ailəsinin açıqlamasında bildirilir. Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 5-də sabiq səfirin klinikaya yollandığı zaman qeydə alınıb. O, burada yuxu dərmanlarından yaranan asılılıqdan müalicə kursu keçirmiş. Geri qayıt |