Əsas Səhifə > Güney Press > "Gəncə-Çörək" ASC-nin idarəetməsi dəyişdirilir

"Gəncə-Çörək" ASC-nin idarəetməsi dəyişdirilir


26-05-2025, 17:30

14.07.2025-ci il tarixdə saat 11:00-da "Gəncə-Çörək" ASC növbəti iclasının keçirilməsini elan edir.

FED.az xəbər verir ki, yığıncaq Gəncə şəhəri, Şəmkir şosesi 1 ünvanında olacaq.

İclasın gündəyilinə aşağıdakı məsələlər daxildir:

1. Cəmiyyətin 2024-cü maliyyə ili üzrə hesabatının təqdim edilməsi;

2. Cəmiyyətdə yeni idarəetmənin formalaşdırılması və idarəetmədə səlahiyyətlərin müəyyən edilməsi;

3. Cəmiyyətin direktorunun təyin edilməsi; 4. Müşahidə şurasının səlahiyyətlərinə xitam verilməsi;

5. Cəmiyyətin yeni redaksiyada nizamnaməsinin təsdiq edilməsi;

6. "Gəncə-Çörək" ASC-nin 2025-ci il tarixinə əsas vəsaitlərin inventarlaşdırılması;

7.Qeyd edilən məsələlər ilə əlaqədar qanunvericilikdən irəli gələn məsələlərin müzakirəsi və qəbulu.

Cəmiyyətin növbəti iclasının gündəliyi ilə Gəncə şəhəri, Şəmkir şossesi 1 ünvanında tanış olmaq olar.


Geri qayıt