Əsas Səhifə > Güney Press > Putin bütün Ukraynanı ələ keçirmək istəsə, Rusiya dağılacaq
Putin bütün Ukraynanı ələ keçirmək istəsə, Rusiya dağılacaq26-05-2025, 07:31 |
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb. Amerika lideri Rusiya Prezidentinin ölkəsini uçuruma apardığını söyləyib: “Putin bütün Ukraynanı istəyir. O, bütün Ukraynanı ələ keçirmək qərarına gəlsə, o zaman Rusiya dağılacaq”. Qeyd edək ki, mayın 25-nə keçən gecə Rusiya ordusunun Ukraynaya hücumu zamanı azı 12 nəfər ölüb. Paytaxt Kiyev də daxil olmaqla bir sıra şəhərlərə 367 PUA və raket atılıb. Ölənlər arasında Jitomir vilayətindən 3 uşağın olduğu da açıqlanıb. Geri qayıt |