Əsas Səhifə > Güney Press / Ana xəbər > Kəlbəcərli qəhrəman ana Ramil Usubovdan kömək istəyir
Kəlbəcərli qəhrəman ana Ramil Usubovdan kömək istəyir7-05-2014, 08:47 |
|
Moderator.az saytına Gəncə şəhərinin yeni massivində Kəlbəcər köçkünləri üçün salınan qəsəbədə məskunlaşan 10 uşaq anası Səmədova Laçın Cəlal qızının video müraciəti daxil olub. Qəhrəman ana torpaq mübahisəsi zəminində başlarına gələn hadisləri belə nəql edir: ”Bizim ailə Kəlbəcərdən köçkün düşəndən Gəncə şəhərinin Gülüstan ərazisində məskunlaşmışıq.Həmin ərazidən 1996-ci il tarixdə həmyerlimiz olan Kərimov Şəmil Firuddin oğluna mərhum həyat yoldaşım Səmədov Kamal 0.06 ha torpaq sahəsi satmışdır. Belə ki, Gəncə şəhər İnzibati-İqtisad Məhkəməsinin sədri Zərbəli Zərbəliyev 2008-ci ildə həmin ərazini Nizami rayon icra başçısı Məharət Mustafayevin sərəncamı ilə öz adına rəsmləşdirib. Mübahisə yaranandan sonra köçkün ailəsi müxtəlif instansiyalara çoxsaylı müraciətlər edib, nəhayət 2012-ci ildə Ədliyyə Nazirliyi tərəfindən Gəncə İnzibati-İqtisad Məhkəməsinin sədrinə verilən torpaq sənədlərini ləğv etdirə bilib. Buna baxmayaraq, 8 mart 2013-cü il tarixdə Nizami rayon polis idarəsinin əməkdaşları əraziyə gəlib, köçkün ailəsinin əşyalarını zorla maşına yığaraq, torpaq sahəsini boşaltmaq istəyib. Ailə polisin hərəkətinə müqavimət göstərib, torpaq sahəsinin onlara məxsus olduğunu təsdiqləyən sənədlər təqdim edib. Təqdim olunan sənədlərə məhəl qoyulmayanda isə 15 yaşlı Almaz Kərimli özünü yandıracağı haqda xəbərdarlıq edib. Almaz Kərimli də yandırıcı vasitəni alaraq özünə od vurub. Köçkün qız ağır termiki yanıq diaqnozu ilə Gəncə şəhət Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilmişdir.Bu hadisə ilə bağlı torpaq sahəsinə iddialı olan Gəncə İnzibati-İqtisad Məhkəməsinin sədri Gəncə hüquq-mühafizə orqanlarının gücündən istifadə edərək mübahisəli torpaq sahələrinin boşaldılması üçün Kərimov Şəmillə eyni torpaq sahəsində məskunlaşan Kəlbəcər rayon sakini Səmədov Firqət Kamal oğlunu həbs etdirmişdir.Sonradan F.Səmədov türmədən buraxıılaraq onların ailələrinin məskunlaşdığı torpaq sahəsi əvəzləşdirilərək boşaldılmışdır.Lakin Kərimov Şəmil mübahisəli torpaq sahəsində qalmaqla, hal-hazırda dünyasını dəyişmiş Kamal Səmədov barəsində Gəncə prokuorluğuna ərizə ilə müraciət etmişdir.Guya mübahisəli torpaq sahəsini mərhum Kərimov Şamilə 13 min manata satmışdır.Mərhum Kamal Səmədov Prokuorluqda torpağın Şəmil Kərimova necə satılıb-satılmaması barəsində izahat verəndən sonra infrakt keçirərək ölüb. Torpaq satmaqda şübhəli bilinən şəxsin ölümündən sonra Prokuorluq atanın hərəkət və hərəkətsizliyinə görə oğlu Sabit Səmədovu cinayət məsuliyyətinə cəlb edib.Hal-hazırda Gəncə Baş polis İdarəsinin Təhqiqat və İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə onun barəsində İstintaq orqanı tərəfindən zəruri istintaq əməliyyat tədbirləri davam etdirilir”. Sonda Kəlbəcərli qəhrəman ana daxili işlər naziri Ramil Usubov cənablarından onların başına gələn bu olayla bağlı köməkdarlıq etməsini xahiş edir! Geri qayıt |