Əsas Səhifə > Güney Press > Gözlər İrəvandan Bakıya çevrildi: İki böyük güc hərəkətə keçir
Gözlər İrəvandan Bakıya çevrildi: İki böyük güc hərəkətə keçirBu gün, 11:11 |
Görüş zamanı tərəflər Azərbaycan-NATO tərəfdaşlığının hazırkı vəziyyətini, gələcək əməkdaşlığın perspektivlərini, o cümlədən regional və daha geniş təhlükəsizlik mühiti ilə bağlı məsələləri müzakirə ediblər. Hikmət Hacıyevin Tehrandan qayıtdıqdan dərhal sonra belə bir səfərin baş tutması geosiyasi kontekstdə xüsusi maraq doğurur. Globalinfo.az-a danışan politoloq Zaur Məmmədov qeyd edib ki, Azərbaycan bu gün yalnız regional deyil, eyni zamanda beynəlxalq müstəvidə də bir çox ziddiyyətlərin və münaqişələrin aradan qaldırılmasında fəal rol oynayır: “Bakının belə dialoqlarda müsbət addımlarını aydın şəkildə gördük. Sevindirici haldır ki, tərəfdaş ölkələr də bunu qiymətləndirir. Azərbaycanın Avropa İttifaqı (Aİ) və NATO ilə təmasları son aylarda kifayət qədər intensiv xarakter alıb. Avropa İttifaqının siyasətində də müəyyən dəyişikliklər müşahidə olunur. ABŞ-da Donald Trampın yenidən hakimiyyətə gəlməsi fonunda Aİ, xüsusilə də Fransa Prezidenti Emmanuel Makron siyasətdə fərqli bir xətt tutmağa başlayıb. Bu kontekstdə Azərbaycan Prezidentinin Çinə səfərindən sonra həm ittifaqın, həm də Pekinin Bakıya artan marağı diqqət çəkir. Politoloq bildirib ki, ABŞ-ın İran və Rusiya ilə bağlı danışıqları fonunda Azərbaycanın geosiyasi çəkisi daha da artır: “Avropa İttifaqının iki yüksək səviyyəli rəsmisinin Albaniyanın paytaxtı Tiranada Azərbaycan nümayəndələri ilə görüşmək niyyətini öncədən bəyan etməsi, Aİ-nin Bakı ilə münasibətlərə yenidən baxmağa başladığını göstərir. Rəsmi Brüsselin Ermənistana marağı tədricən azalır, əvəzində Azərbaycanla əməkdaşlığa maraq artır. Bu, həm NATO-nun, həm də Aİ-nin mövqelərində müşahidə olunur. Təbii ki, bütün dəyişikliklərin arxasında yeni formalaşmaqda olan geosiyasi maraqlar və Cənubi Qafqazın gələcək tarixi-konfiqurativ quruluşuna təsir edən faktorlar dayanır”. Geri qayıt |