Əsas Səhifə > Güney Press > Kreml miqrant ovunu davam etdirir...
Kreml miqrant ovunu davam etdirir...Bu gün, 09:42 |
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə bir neçə min nəfər azdır. Belə ki, 2025-ci ilin dörd ayı ərzində 19,1 min əcnəbi vətəndaş və vətəndaşlığı olmayan şəxs Rusiyadan məcburi deportasiya edilib. 2024-cü ilin dörd ayı ərzində bu rəqəm 21,7 min olmuşdu. FSSP-nin məlumatına görə, miqrantların ölkədən çıxarılmasının azalması tendensiyası Rusiya Prezidentinin “Deportasiya rejiminin tətbiqi ilə əlaqədar Rusiya Federasiyasında müəyyən kateqoriyalı əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusunun tənzimlənməsi üzrə müvəqqəti tədbirlər haqqında” fərmanının müddətinin uzadılması ilə əlaqədardır. Fərmana əsasən, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə sentyabrın 10-dək ölkə ərazisində hüquqi statuslarını tənzimləmək imkanı verilib. Federal Məhkəmə İcraçıları Xidmətinin məlumatına görə, 2024-cü ildə ölkədə qeyri-qanuni yaşayan ümumilikdə 88 min əcnəbi vətəndaş Rusiyadan deportasiya edilib. Geri qayıt |