Dünyada adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) həcminə görə ilk sırada Lüksemburq dayanır. Yeniavaz.com Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına istinadən xəbər verir ki, Lüksemburqda adambaşına düşən ÜDM 141 min dollara bərabərdir. Adambaşına düşən ÜDM-nin ən az olduğu ölkə isə Cənubi Sudan hesab olunur. Bu ölkədə adambaşına düşən ÜDM Lüksemburqla müqayisədə 562 dəfə az – 251 dollar təşkil edir. Qeyd edək ki, BVF-nin məlumatına görə Azərbaycanda adambaşına düşən ÜDM 7 600 dollara bərabər olub. Azərbaycanda adambaşına düşən ÜDM Lüksemburqla müqayisədə 18 dəfə az, Cənubi Sudanla müqayisədə isə 30 dəfə çoxdur. Onu da qeyd edək ki, adambaşına düşən ÜDM-nin həcmi keçmiş SSRİ və qonşu ölkələrdə aşağıdakı kimi olub: Estoniya – 32 760 dollar Litva – 30 835 dollar Latviya – 24 375 dollar Türkiyə – 16 700 dollar Qazaxıstan – 15 100 dollar Rusiya – 14 260 dollar Türkmənistan – 13 340 dollar Gürcüstan – 9 570 dollar Ermənistan – 8 860 dollar Moldova – 8 260 dollar Belarus – 7 875 dollar Azərbaycan – 7 600 dollar Ukrayna – 6 260 dollar İran – 5 300 dollar Özbəkistan – 3 515 dollar Qırğızıstan – 2 750 dollar Tacikistan – 1 430 dollar Məlumat üçün bildirək ki, Dövlət Statistika Komitəsinin bu ilin əvvəlinə olan məlumatına görə Azərbaycanda 2024-cü ildə 126 milyard 337 milyon manat (74 milyard 316 milyon dollar) ÜDM qeydə alınıb. Əhalinin hər nəfərinə düşən ÜDM isə 12 min 382,5 manat (7 min 284 dollar) olub.
Geri qayıt
|