Əsas Səhifə > Güney Press > Çingiz Abdullayevin müsahibəsi REZONANS DOĞURDU
Çingiz Abdullayevin müsahibəsi REZONANS DOĞURDU23-05-2025, 17:33 |
“Hərbi xidmətdən yayınmağa şərait yaratmaq və buna xidmət göstərmək cinayət məsuliyyəti yaradır”. Bu fikirləri Yenicag.az-a açıqlamasında hüquqşünas, Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov bildirib. Müsahibimiz yazıçı Çingiz Abdullayevin mediaya verdiyi fikirlərini şərh edib. Xatırladaq ki, Ç. Abdullayevin müsahibəsində Müşahidə Şurasının sədri olduğu vaxt “Neftçi” futbolçuları haqqında “klubdan kimisə əsgərliyə çağırırdılar, zəng edib saxladırdım” ifadəsindən istifadə etməsi ictimaiyyətin narazılığına səbəb olmuşdu. X. Bəşirov Ç. Abdullayevin verdiyi müsahibə ilə tanış olduğunu diqqətə çatdırıb: “O müsahibə ərzində və ya sanki müsahibənin təsiri altında bəzi fikirlər səsləndirib, “Neftçi” Müşahidə Şurasının sədri olarkən atdığı addımlardan bəhs edib. O, komandanın nəticələrinə, qələbələrinə töhfə vermək məqsədilə etdiyini dilə gətirir, amma təbii ki, hüquqa zidd fikirlər də səsləndirib. Hansı ki, kimisə orduya çağırıblar, zəng edib saxlatdırdığını qeyd edib. Bu, əslində, doğru fikir deyil. Bu cür ictimai nüfuzu olan və məsul vəzifədə çalışmış şəxs tərəfindən belə fikirlərin səsləndirməsi düzgün hərəkət deyil. Fərqi yoxdur, kimin harada olmasından asılı olmayaraq futbolda və ya digər idman növlərində hansısa şəxsləri ordudan saxlanılması məsələsinin bu formada primitiv şəkildə səsləndirilməsi hüquq və qanunazidd yanaşmadır”. “Bu ifadələr xoşagəlməz olsa da, hərbi xidmətdən yayınmağa şərait yaratmaq kimi anlaşılır. Bəlkə də bunun təsərrüfatlarına varsaq, o zəngdən sonra müvafiq prosedurlar keçirilib, sənədlər təqdim olunub və prosedurlara riayət edilib. Bu baxımdan, mən təfərrüatlarına varmadan və qanunvericilikdə hansısa müddəaya istinad vermədən qeyd etmək istərdim ki, Azərbaycan Cinayət Qanunvericiliyində də hərbi xidmətdən yayınma birmənalı şəkildə qadağandır və bu cinayət məsuliyyəti yaradır. Bundan əlavə, hərbi xidmətdən yayınmağa şərait yaratmaq və buna xidmət göstərmək də məsuliyyət yaradan amillərdəndir”. Geri qayıt |