Əsas Səhifə > Güney Press > Aİ-92 və dizelin bahalaşması ilə bağlı MÜHÜM AÇIQLAMA
Aİ-92 və dizelin bahalaşması ilə bağlı MÜHÜM AÇIQLAMADünən, 14:55 |
Qərara əsasən, Dövlət Neft Şirkətinin (SOCAR) 1 yanvar – 1 iyun 2025-ci il tarixlərində idxal etdiyi Aİ-92 benzini və dizel yanacağı üçün müvafiq olaraq 83 min ton və 18 min ton yuxarı hədd müəyyən edilib. Bundan başqa, mühərrik və aviasiya benzinləri istisna olmaqla bütün benzin növlərinin, eləcə də digər qazoyllar, o cümlədən dizel yanacağının ölkəyə idxalı üçün aksiz dərəcəsi iyunun 1-nə qədər hər ton üçün 1 manat, iyunun 1-dən sonra isə 200 manat müəyyən edilib. Benzin və dizellə bağlı mövcud vəziyyət Nəzərə alaq ki, 2025-ci ilin ilk rübündə Azərbaycanda benzin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında ölkədə cəmi 329.14 min ton benzin istehsal olunub ki, bu da 2024-cü ilin ilk rübündə qeydə alınmış 384.10 min ton göstəricidən təxminən 14% azdır. Beləliklə, idxalın dəyəri 31.72mln ABŞ dolları, ötən ilin göstəricisi isə 7.01 mln dollar olub. Aİ-92 və dizel bahalaşacaq? Mövzu iə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, ölkəmizdə Aİ-92 və dizel yanacağının qiymətini hökumət tənzimləyir:“Bu yanacaq növlərinin qiyməti yalnız Tarif Şurasının qərarından sonra dəyişə bilər. Ona görə də Nazirlər Kabinetinin bu qərarı qiymətlərə birbaşa təsir göstərmir. Amma bu qərar yeni qiymətlərin formalaşması üçün Tarif Şurasına bir siqnal ola bilər və Tarif Şurası qiymətlərə yenidən baxa bilər. Bu qərar qiymətlərə birbaşa təsir etməsə də, Nazirlər Kabinetinin və Tarif Şurasının qiymətləri dəyişdirmək səlahiyyətlərini nəzərə alsaq, onda qərarın yaxın gələcəkdə qiymətlərə təsiri ola bilər. Yəni hər şey Tarif Şurasının məsələyə münasibətindən asılıdır”. Geri qayıt |