Əsas Səhifə > Güney Press > Rusiya onu 11 ildir AXTARIRDI
Rusiya onu 11 ildir AXTARIRDIBu gün, 07:57 |
Azərbaycanda Rusiyanın 11 ildir axtardığı narkokartel başçısı tutulub. Rusiya yüzlərlə kiloqram heroinin qaçaqmalçılığında ittiham olunan Tacikistan vətəndaşını ekstradisiya edəcək. Musavat.com xəbər verir ki, TASS-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, həmin şəxs Azərbaycanda saxlanılıb. O, 11 ildən artıq müddətdə beynəlxalq axtarışda olub. İstintaqın versiyasına görə, o, böyük narkokartelin başçısı olub və Rusiyaya narkotik maddələrin tədarükü ilə məşğul olub. Yaxın günlərdə onun Rusiyaya ekstradisiya olunaraq istintaq və məhkəmə proseslərinə cəlb ediləcəyi gözlənilir. Geri qayıt |