Əsas Səhifə > Güney Press > “Bu, Paşinyandan daha çox “tuşonka” oğrularının məğlubiyyətidir”
“Bu, Paşinyandan daha çox “tuşonka” oğrularının məğlubiyyətidir”Bu gün, 00:06 |
Xəbər verdiyimiz kimi, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilən mümkün sülh sazişini "qondarma" adlandırıb, Paşinyanın Ermənistanın maraqlarını müdafiə edə bilməməkdə ittiham edib. Sarkisyanın son açıqlamaları Ermənistanda revanşist qüvvələrin mövcudluğunun, habelə, onların regionun təhlükəsizliyi üçün ciddi təhdid mənbəyi olmasının isbatı sayıla bilərmi? Moderator.az-a açıqlama verən politoloq Sona Əliyeva mövzu ilə maraqlı fikirlər səsləndirib: “44 günlük savaşdakı yenilgi əslində Nikol Paşinyandan daha çox Koçaryan-Sarkisyan xuntasının məğlubiyyətidir. Çünki onların rəhbərliyi dövründə "tuşonka" oğruları orduya ayrılan pulları öz məqsədləri üçün xərcləyiblər. Elə indinin özündə də Serj Sarkisyanla Robert Koçaryan hakimiyyətləri dövründə yol verdikləri korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına görə mühakimə olunurlar. Tez-tez hakim qarşısına çıxarılırlar. Bir sözlə, onların 30 il ərzində "qurub-yaratdıqları" silahlı birləşmələr 44 günlük savaşda məğlubiyyətlə üzləşdilər. Başqa sözlə, məğlub erməni ordusu əslində Paşinyana məhz Serj Sarkisyandan miras qalıb. Azərbaycan Ordusu məhz Sarkisyanın, Koçaryanın qurduğu "ordu"nu məğlubiyyətlə üz-üzə qoydu. Sarkisyan bu kumuk sərsəm bəyanatlarla özünə siyasi xallar yığmağa, Lavrovun Ermənistana səfəri sırasında rusların diqqətini çəkməyə çalışır. Sarkisyanın fikirlərinə Ermənista dəstək verənlər hələ də qalır. Onların sayı o qədər çox olmasa da, təhlükə mənbəyidirlər. Əlbəttə, bütün bunlar Sarkisyanın, onun tərəfdarlarının timsalında region üçün ciddi təhlükə qaynağıdır. Bu kimi zehniyyət sahibləri Ermənistanın siyasi gələcəyi üçün nəfəs alan minalardır. Düşünürəm ki, Ermənistan hakimiyyəti onlardan qurtulmaq yolları haqqında ciddi şəkildə düşünməli və 30 illik cinayət əməllərinə görə Köçaryan və Sarkisyanı qandallayaraq Azərbaycana təhvil verməlidirlər. Bu baş verməsə, Paşinyan üçün çətindirsə, o zaman qandallanaraq Beynəlxalq Haaqa tribunalına verilə bilərlər. Bu, sülh sazişi öncəsi Ermənistan-Azərbaycan münasibətlərinin gələcək inkişafı üçün mühüm faktor ola bilər”. Geri qayıt |