Əsas Səhifə > Güney Press > İnternetin sürətinə görə Azərbaycan dünyada neçənci yerdədir?

İnternetin sürətinə görə Azərbaycan dünyada neçənci yerdədir?


Dünən, 18:14

Dünyada internetin sürətini ölçən məşhur “Speedtest” xidməti 2025-ci ilin aprel ayı üçün internetin sürətinə görə ölkələrin siyahısını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, açıqlanan siyahıya əsasən mobil internetin sürətinə görə Azərbaycan 74 Mbit/s sürətlə 104 ölkə arasında 57-ci yerdə qərarlaşıb.
Sabit genişzolaqlı internetin sürətinə görə isə Azərbaycan 77 Mbit/s sürətlə 155 ölkə arasında 86-cı yerdə olub.
Keçmiş SSRİ və region ölkələrində sabit genişzolaqlı internetin sürəti 155 ölkə arasında belə olub:
38. Moldova – 158,4 Mbit/s
51. Latvia – 113,9 Mbit/s
63. Estoniya – 94,3 Mbit/s
67. Rusiya – 88,3 Mbit/s
75. Ukrayna – 84 Mbit/s
76. Özbəkistan – 83,6 Mbit/s
82. Qırğızıstan – 80,3 Mbit/s
83. Belarus – 78,9 Mbit/s
86. Azərbaycan – 76,8 Mbit/s
88. Qazaxıstan – 76,1 Mbit/s
94. Ermənistan – 66,5 Mbit/s
99. Türkiyə – 55,6 Mbit/s
114. Gürcüstan – 41 Mbit/s
117. Tacikistan – 37 Mbit/s
142. İran – 18,2 Mbit/s

Keçmiş SSRİ və region ölkələrində mobil internetin sürəti 104 ölkə arasında belə olub:
18. Gürcüstan – 163,8 Mbit/s
21. Estoniya – 144 Mbit/s
23. Latviya – 139,8 Mbit/s
25. Litva – 136,8 Mbit/s
51. Kazaxıstan – 84,2 Mbit/s
57. Azərbaycan – 74,1 Mbit/s
59. Türkiyə – 70,4 Mbit/s
69. İran – 55,4 Mbit/s
70. Moldova – 54,5 Mbit/s
72. Özbəkistan – 53,3 Mbit/s
75. Ukrayna – 50,6 Mbit/s
76. Qırğızıstan – 48,8 Mbit/s
84. Ermənistan – 41,4 Mbit/s
91. Rusiya – 36 Mbit/s
103. Belarus – 18,2 Mbit/s

Məlumat üçün bildirək ki, dünyada ən sürətli mobil internet Qətərdə, sabit genişzolaqlı internet isə Sinqapurda qeydə alınıb.
Bu ölkələrdə internetin orta sürət müvafiq olaraq 521,5 Mbit/s və 368,5 Mbit/s olub. Ən zəif mobil internet Boliviyada (13 Mbit/s), ən zəif sabit genişzolaqlı internet isə Suriyada (3,2 Mbit/s) qeydə alınıb.


Geri qayıt