Əsas Səhifə > Güney Press > Ermənistanda hərbi maşın qəzaya düşdü:

Ermənistanda hərbi maşın qəzaya düşdü:


Dünən, 17:48

Ermənistanın Geqarkunik rayonunda yol qəzası baş verib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, mayın 22-də saat 14:50 radələrində Sevan-Martuni-Qetap yolunun 39-cu kilometrliyində orduya məxsus UAZ “Patriot” və “Kia” markalı minik avtomobili toqquşub.

1 nəfər yerindəcə ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb məntəqəsinə yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ölən və xəsarət alan sürücülərin kimliyini müəyyənləşdirir.


Geri qayıt