Əsas Səhifə > Güney Press > Hüseyn Həsənov axtarışa verilməzdən əvvəl evini 100 milyona satıb

Hüseyn Həsənov axtarışa verilməzdən əvvəl evini 100 milyona satıb


Bu gün, 12:47

Beynəlxalq axtarışa verilən bloqqer Hüseyn Həsənov barəsində cinayət işi açılandan dərhal sonra Moskvadakı üç otaqlı mənzilini 100 milyon rubla (təxminən 2 milyon 128 min 300 manat) satıb.

Lent.az xəbər verir ki, bloqqerin 124 kvadratmetrlik təmirli və şəhərə panoramik mənzərəsi olan mənzili “Neva Towers” elit yaşayış kompleksinin 44-cü mərtəbəsində yerləşir. Qeyd olunur ki, Həsənov mənzili həbsdən və müsadirədən xilas etmək üçün tələsik satıb.

Satışdan əvvəl bloqqer yaşamadığı müddətdə mənzili ayda 750 min rubla icarəyə verib.

Bir neçə gün əvvəl bloqqer mülkünü başqa şəxsə verib. Köməkçiləri ona sövdələşməni dayandırmağa kömək ediblər.

Qeyd edək ki, mayın 14-də Hüseyn Həsənov xüsusi külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması və yuyulması faktı ilə bağlı axtarışa verilib və qiyabi həbs edilib. Bu maddəyə əsasən, bloqqeri 7 ilə qədər həbs cəzası gözləyir.


Geri qayıt