Əsas Səhifə > Güney Press > Nazir müavini üçün
Nazir müavini üçünBu gün, 11:49 |
Bu gün əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Bayramovun ad günüdür. Belə ki, 22 may tarixində A.Bayramovun 50 yaşı tamam olur. FED.az xəbər verir ki, A.Bayramov ölkədə zəngin təhsilə malik bir peşəkar kadr kimi tanınır. O, 1997-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. Daha sonra təhsilini davam etdirərək 2004-2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini uğurla bitirirək maliyyə üzrə magist (MBA) dərəcəsi alıb. Tibb üzrə fəlsəfə doktoru olan A.Bayramov20-dən çox elmi məqalənin və 2 səmərələşdirici təklifin müəllifidir. A.Bayramov Azərbaycan sığorta bazarının ən təcrübəli və peşəkar sığortaçısı kimi tanınır və maliyyə sektotunda 25 ilə yaxın təcrübəyə malikdir. O, 2002-ci ildən “A-Group” sığorta şirkətinin İdarə Heyətinin sədrinin müavini, 2004-cü ildən 2021-ci ilədək İdarə Heyətinin sədri olub. Daha sonra A.Bayramov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin müşaviri, Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb. A.Bayramov“tibbi sığorta”, “səhiyyədə islahatlar”, “liderlik” və digər mövzularda Almaniya, ABŞ, Fransa, Rusiya, Macarıstan, Çexiya, Rumıniya, Sloveniya və digər ölkələrdə keçirilən beynəlxalq səviyyəli konfrans və seminarların iştirakçısı olub. Geri qayıt |