Əsas Səhifə > Güney Press > Şirkətləri gözləyən 4 milyon manatlıq gəlir
Şirkətləri gözləyən 4 milyon manatlıq gəlirDünən, 12:21 |
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Ordusunun avtomobil texnikalarının təchizatı məqsədilə iki yeni tender elan edilib. FED.azxəbər verir ki, hər 2 tender avtomobil şinlərinin alınması ilə bağlıdır, lakin onlar müxtəlif LOT-ları əhatə edir və qiymət baxımından fərqlənir. Hər iki tenderin ümumi ehtimal olunan dəyəri 4.232.394 manat təşkil edir. Birinci tender müxtəlif markalı avtomobil şinlərinin alınmasını nəzərdə tutur və bu satınalmanın ehtimal olunan dəyəri 1.478.194 manat təşkil edir. Maraqlanan təşkilatlar öz təkliflərini 24 iyun 2025-ci il saat 15:30-a qədər təqdim etməlidirlər. Eyni tarix və saatda zərflərin açılışı da baş tutacaq. Bu tenderə qatılmaq üçün iştirakçılardan 600 manat məbləğində iştirak haqqı tələb olunur. İkinci tender isə "LOT 2" olaraq göstərilən və yenə də müxtəlif markalı avtomobil şinlərinin satın alınmasını əhatə edən daha genişmiqyaslı bir satınalmadır. Bu satınalmanın dəyəri isə 2.754.200 manat olaraq müəyyən edilib. Təkliflərin təqdim olunma və açılış vaxtı birinci tenderlə eyni gündə və saatda baş tutacaq – 24 iyun 2025-ci il saat 15:30. Lakin bu tender üzrə iştirak haqqı daha yüksəkdir – 1 000 manat. Hər iki tender üzrə əlaqələndirici şəxs Satınalma Komissiyasının üzvü Vüqar Abbasovdur. Suallarla bağlı onunla [email protected] elektron poçt ünvanı və ya +994 12 525 37 92 nömrəli telefon vasitəsilə əlaqə saxlamaq mümkündür. Geri qayıt |