Əsas Səhifə > Güney Press > Hansı rayonda banklara əmanət yerləşdirmək daha sərfəlidir?

Hansı rayonda banklara əmanət yerləşdirmək daha sərfəlidir?


Dünən, 17:50

Azərbaycanda müddətli əmanətlər üzrə orta faiz dərəcələrinin ən yüksək həddi Laçın rayonunda qeydə alınıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu rayonda əmanətlər üzrə orta faiz dərəcəsi 10,4% olub.

Ən aşağı faiz dərəcəsi isə Kəngərli rayonunda (7%) müşahidə olunub.
Kəngərlidən sonra ən aşağı faiz dərəcəsi paytaxt Bakıda qeydə alınıb – 7,3%. Banklara yerləşdirilən əmanətlərin böyük əksəriyyəti Bakı şəhərinin payına düşdüyü üçün ölkə üzrə ümumi əmanət faizləri regionlarla müqayisədə aşağı (7,6%) olub.
Azərbaycanın ayrı-ayrı şəhər və rayonlarında əmanətlər üzrə orta faiz dərəcəsi aşağıdakı kimi olub:
Laçın - 10,4 %
Ağstafa - 10,2 %
Cəlilabad - 10,1 %
Ağsu - 10,1 %
Ağcabədi - 10,1 %
Tovuz - 10 %
Xaçmaz - 10 %
Lənkəran - 10 %
Şirvan - 10 %
Zəngilan - 9,9 %
Bərdə - 9,9 %
Şəmkir - 9,9 %
Naxçıvan - 9,9 %
Ordubad - 9,8 %
Kürdəmir - 9,8 %
Şəki - 9,8 %
Xankəndi - 9,8 %
Quba - 9,8 %
Mingəçevir - 9,8 %
Hacıqabul - 9,7 %
Zərdab - 9,6 %
Samux - 9,6 %
Sabirabad - 9,6 %
Tərtər - 9,6 %
Qazax - 9,6 %
Siyəzən - 9,6 %
Biləsuvar - 9,5 %
İmişli - 9,5 %
Xızı - 9,5 %
Gəncə - 9,5 %
Şərur - 9,4 %
Salyan - 9,4 %
Yardımlı - 9,4 %
Saatlı - 9,4 %
Qəbələ - 9,4 %
Göygöl - 9,4 %
Yevlax - 9,4 %
Qusar - 9,4 %
Naftalan - 9,3 %
Masallı - 9,3 %
Şabran - 9,3 %
Sumqayıt - 9,3 %
Ağdam - 9,2 %
Gədəbəy - 9,2 %
İsmayıllı - 9,2 %
Beyləqan - 9,2 %
Daşkəsən - 9,2 %
Abşeron - 9,2 %
Zaqatala - 9,2 %
Culfa - 9,1 %
Qax - 9,1 %
Ucar - 9 %
Balakən - 9 %
Lerik - 9 %
Ağdaş - 9 %
Füzuli - 8,9 %
Qobustan - 8,7 %
Şahbuz - 8,6 %
Neftçala - 8,1 %
Oğuz - 8 %
Astara - 7,9 %
Babək - 7,9 %
Sədərək - 7,5 %
Bakı - 7,3 %
Kəngərli - 7 %
Şuşa –
Kəlbəcər –
Xocavənd –
Ağdərə –
Xocalı –
Qubadlı –


Geri qayıt