Əsas Səhifə > Güney Press / Ana xəbər > Yüksək vəzifə verilən Fuad Xəlilov kimdir?

Yüksək vəzifə verilən Fuad Xəlilov kimdir?


Bu gün, 14:53

Xəbər verdiyimiz kimi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində kadr dəyişikliyi baş verib. Qurumun İdarə Heyətinin sədri Rüfət Mahmudovun müvafiq əmri ilə Aparat rəhbəri vəzifəsinə Fuad Xəlilov təyin edilib.
Bakupost.az -ın məlumatına görə, bank və maliyyə sahəsində 16 ildən artıq təcrübəyə malik olan Fuad Xəlilov bu illər ərzində ölkənin müxtəlif aparıcı şirkətlərində rəhbər vəzifələrdə çalışıb.
Belə ki, o peşəkar karyerasına 2000-ci ildə NIKOIL Bank-da girov bölməsi üzrə mütəxəssis kimi başlayıb, sonrakı illərdə Bank Standard Azerbaijan-da müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib. O, burada 11 ildən artıq müddətdə filial direktoru, pərakəndə kreditlər şöbəsinin müdiri və kreditlər şöbəsinin baş mütəxəssis kimi çalışıb.
2016-cı ildə sığorta sektoruna keçid edən Xəlilov "Standard Sığorta" ASC-də İdarə Heyətinin sədri vəzifəsini icra edib. 2020-ci ildə qısa müddət Dövlət Məşğulluq Agentliyində sədrin müşaviri kimi də fəaliyyət göstərib.
Mobil rabitə və texnologiya sektorunda da təcrübə qazanan Fuad Xəlilov 2017–2021-ci illərdə “Bakcell”də B2B satış və Məhsul Marketinq Departamentinin rəhbəri olub.
Daha sonra “Azerconnect” Qrupunda 4 ildən artıq müddətdə müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, həm B2B şöbəsinin müdiri, həm də B2B və FIXED məhsulların satışı şöbəsinin rəhbəri olub.
2023-cü ilin avqust ayından etibarən isə “EasyCep Azərbaycan” şirkətində İdarə Heyətinin sədri vəzifəsini icra edirdi.
Qeyd edək ki, Fuad Xəlilov 1996–2000-ci illərdə iqtisadiyyat üzrə bakalavr təhsili alıb.



Geri qayıt