Əsas Səhifə > Güney Press > Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarını icra etməkdə təqsirləndirilən İqbal Əbilova hökm oxunub

Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarını icra etməkdə təqsirləndirilən İqbal Əbilova hökm oxunub


Bu gün, 12:06

Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə təqsirləndirilən İqbal Əbilovun məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən İqbal Əbilov 18 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, xarici ölkədə yaşayan İqbal Əbilov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə ittiham elan olunub.


Geri qayıt