Əsas Səhifə > Güney Press > Arvadına mütəmadi olaraq işgəncə verən şəxs

Arvadına mütəmadi olaraq işgəncə verən şəxs


Bu gün, 09:43

Suraxanı Rayon Məhkəməsində əzab vermədə təqsirləndirilən Əkrəm Yaqublunun (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nərminə Rzayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü o, 2 il 8 ay 10 gün müddətinə azadlıqdan məhrum edilib və məhkəmə iclas zalında həbs edilib.

İttihama görə, Əkrəm Yaqublu 2007-ci il tarixdən birgə nikahda olduğu zərərçəkmiş Mətanət Yaqublu (ad, soyadı şərtidir) ilə 2017-ci ilin əvvəllərindən etibarən aralarında yaranmış şəxsi münasibətlərin pozulması zəminində əsassız qısqanclıq və sair lüzumsuz səbəbləri bəhanə gətirərək yaşadıqları mənzildə mütəmadi olaraq onu qapalı saxlayıb psixi iztirablar verib.

Belə ki, təqsirləndirilən şəxs arvadını mütəmadi olaraq döyərək söyüş söyüb təhqir etməklə şəxsiyyətini alçaldıb. O, həmin hərəkətlərin davamı olaraq 18 iyun 2024-cü il tarixdə saat təxminən 12 radələrində Suraxanı rayonu ərazisində yerləşən evlərində yenə də əsassız qısqanclığı bəhanə gətirərək kiçik ölçülü dərzi qayçısı ilə Mətanətin qəsdən boğaz nahiyəsindən vurub. Sonra qadın ərindən canın qurtarmaq üçün balkona qaçıb çıxmaq istəyib. Bu zaman Əkrəm arvadını tutub yerə yıxaraq balıncı üzünə dirəyib qəsdən nəfəs almasını çətinləşdirib.

Beləliklə, Əkrəm Mətanəti mütəmadi olaraq döyüb güclü fiziki ağrı yetirib həmin zorakı hərəkətləri və şəxsiyyətini alçaldan psixi iztirablarla zərərçəkmiş şəxsə işgəncə verməklə əzab vermə cinayətini törədib.

Əkrəm Yaqublunun barəsində Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə, işgəncə verməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd: Onların birgə nikahdan 2 övladı var.


Geri qayıt