Əsas Səhifə > Güney Press > Həmkarlar İttifaqları əslində işçi üçün...

Həmkarlar İttifaqları əslində işçi üçün...


Bu gün, 08:10

Həmkarlar ittifaqları təşkilatları - işçilərin bir yerdə birləşib yaratdığı, onların üzvlük haqqı hesabına yaranan və fəaliyyət göstərən, öz üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarını qorumağa borclu olan ictimai bir təşkilatdır.
Praktikada: icra olunub - olunmamasından asılı olmayaraq,öz vəzifələrini yerinə yetirib yetirilməməsindən asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyinə əsasən, İşçilərin əmək hüquqlarının qorunması və bərpa olunması sahəsində Həmkarlar ittifaqı təşkilatlarının böyük səlahiyyətlətləri vardır. Belə ki:
1. Həmkarlar təşkilatları: idarə, müəssisə və təşkilatlarda əmək qanunvericiliyinə ictimai nəzarəti həyata keçirən və işçilərin əmək hüquqlarını müdafiə edən və ya etməli olan ictimai təşkilatdır.
2.Həmkarlar ittifaqları təşkilatları: işəgötürən tərəfindən əmək və həmkarlar ittifaqları haqqında, habelə sosial və iqtisadi məsələlər barədə qanunvericiliyin tələblərinə əməl olunmasını və aşkara çıxarılmış pozuntuların aradan qaldırılmasını tələb etmək hüququ vardır.
3.İşəgötürən qeyd olunan tələblərə baxmağa nəticələri barədə müəyyən edilmiş vaxtda, lakin bir aydan gec olmayaraq Həmkarlar ittifaqı təşkilatına məlumat verməyə borcludur.
4.Müəssisənin rəhbəri, müavinləri və digər vəzifəli şəxslər tərəfindən Əmək Məcəlləsi və digər əmək qanunvericiliyinin tələblərini pozduqda, qüvvədə olan kollektiv müqavilə və (sazişin) şərtlərini yerinə yetirmədikdə, Həmkarlar ittifaqları təşkilatı onların intizam məsuliyyətinə cəlb edilməsi barədə müvafiq səlahiyyəti olan orqanlar qarşısında məsələ qaldıra bilərlər.
5. HƏMKARLAR İTTİFAQLARI TƏŞKİLATI ÖZ üzvlərinin hüquqlarını müdafiə etmək üçün: MƏHKƏMƏYƏ İDDİA ƏRİZƏSİ İlə MÜRACİƏT edə və məhkəmədə nümayəndəlik vəzifəsini yerinə yetirə bilərlər.
6. Həmkarlar ittifaqları öz üzvlərinə hüquqi yardım xidmətlərini müstəqil surətdə təşkil edə və bu məqsədlə həmkarlar ittifaqları: hüquq müfəttişliyi, hüquqi ekspert qrupları, firmaları və başqa orqanlar yarada bilərlər.
7. İşəgötürən tərəfindən Həmkarlar ittifaqları təşkilatına ən az 3 ay əvvəlcədən məlumat verilməlidir: müəssisənin ləğv edilməsi, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq işçilərin əmək müqaviləsinin ləğvi zamanı.
İşçilərin əmək hüquqlarının və mənafelərinin gözlənilməsi üçün işəgötürən bu prosesləri Həmkarlar ittifaqı təşkilatları ilə - danışıqlar aparılmaqla həyata keçirməlidir.
Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - (dia-az.pw)

Geri qayıt