Əsas Səhifə > Güney Press > “Adam gərək özü deməsin ki, xalq yazıçısı olmaq istəyirəm...”

“Adam gərək özü deməsin ki, xalq yazıçısı olmaq istəyirəm...”


Bu gün, 12:45

“Adam gərək özü deməsin ki, mən xalq yazıçısı olmaq istəyirəm. Bu ad dövlət tərəfindən verilir. Lazım bilərlər, verərlər. Aqil bizim çox yaxşı yazıçımızdır, layiqdir, özüm də bəyənirəm. Amma bu bizim səlahiyyətimizdə deyil”
Bunu xalq yazıçısı Anar Moderator.az-a açıqlamasında deyib.
Qeyd edək ki, millət vəkili Aqil Abbas bir müddət əvvəl Kulis.az-a verdiyi müsahibəsində xalq yazıçısı olmaq arzusundan söz açmışdı:
“Xalq yazıçısı olmaq istəyərəm. Onsuz da, mənə həmişə belə deyiblər, səmimiyyətimlə həmişə xalqın yanında olmuşam. Qaldı təqdim etmə məsələsinə, bu barədə başqa nəsə deyə bilmirəm” deyə o açıqlamışdı.

Geri qayıt