Əsas Səhifə > Güney Press / Ana xəbər > Neft-Qaz Elmi Tədqiqat Layihə İnstitutunda utancverici hadisə

Neft-Qaz Elmi Tədqiqat Layihə İnstitutunda utancverici hadisə


6-05-2014, 12:06
Neft-Qaz Elmi Tədqiqat Layihə İnstitutunda utancverici hadisə
Neft-Qaz Elmi Tədqiqat Layihə İnstitutunda utancverici hadisə baş verib.

Tia.az sosial şəbəkələrdə yayılmış məlumata istinadən xəbər verir ki, ötən günlərdə idarənin həyətində işçilərdən birini elektrik cərəyanı vurub. Məlumatı verən şəxs bildirir ki, işlədiyi idarədə onlarla bərabər ARDNŞin Neft-Qaz Elmi Tədqiqat Layihə İnstitutunun loborantları da çalışırmış. Mənbə bildirir ki, onunla eyni növbədə olan loborant Elgün Yaqub oğlu Həsənovun bir əli dəmir qapının cəftəsində, bir əli isə dəmir çəpərdə olarkən onu elektrik cərəyanı vurub.

Həmin vaxt orada olan digər işçi Elgün Həsənovu ölümdən xilas etməyə nail olub. Belə ki, onun əlinə ağacla vuraraq dəmir qapıdan ayıra bilib. Hadisə ilə bağlı dərhal idarələrinə məlumat verili rvə əraziyə Təcili Tibbi Yardım çağırılır. Amma hadisə yerinə gələn loborantların rəhbəri sayılan Zakir Vəliyev təcili yardım çağırılmasına ehtiyac olmadığını bildirir və deyir ki, xəstəni öz maşını ilə xəstəxanaya aparacaq.

Lakin sonradan məlum olub ki, Zakir Vəliyevin bu hərəkəti heç də insani yardım məqsədi güdməyib. Əksinə, o, hadisənin iş yerində olduğunu aktlaşdırmaqdan yayınmaq üçün bu addımı atıb. Çünki Təcili Yardım gələcəyi təqdirdə hadisənin nədən baş verməsini və harada baş verdiyini sənədləşdirəcəkdi. Bu isə Zakir Vəliyev kimi adamların xeyrinə olmayan məsələdir. Əmək Müfəttişliyi, İdarənin Əmək Müfəttişliyi, təhlükəsizlik məsələləri və sairə işlər yekunda Vəliyev və ondan yuxarıda oturanların başının ağrımasına gətirib çıxaracaq.

TİA.AZ xəbər verir ki, məlumatı verən şəxs özü Elgün Həsənovu xəstəxanaya aparmaq üçün təcili yardım çağırmalı olur. Amma yenə buna icazə vermirlər. Və bu dəfə məsələni belə əsaslandırırlar ki, ARDNŞ bütün işçilərini sığortalayıb və sığorta şirkəti də işçilərin müayinəsi və müalicəsi üçün В«Medikal PlazaВ» klinikasının imkanlarından yararlanır.

В«Medikal PlazaВ»ya qaldırılan Elgün Həsənov orada müyainə edildikdən və bəzi tibbi yardımlar göstərildikdən sonra evə buraxılıb. Hətta Elmi Tədqiqat İnstitutunun rəhbərliyi işçisinin klinikada qalıb, müalicə olunmasına belə imkan verməyib.

Geri qayıt