Əsas Səhifə > Güney Press > Qənirə Paşayevanın büstü hazırlandı

Qənirə Paşayevanın büstü hazırlandı


Bu gün, 00:48

Heykəltaraş Elxan Zeynalov mərhum deputat Qənirə Paşayevanın büstünü hazırlayıb.

Teleqraf xəbər verir ki, bu barədə müəllif özü sosial şəbəkə hesabında paylaşım edib.

E.Zeynalov yazıb: "Dərin hörmət və ehtiramla bu büstü millət vəkili, ictimai xadim Qənirə Paşayevanın əziz xatirəsinə həsr etmişəm. Onun milli ruhu, güclü iradəsi və mənəvi zənginliyi bu əsərdə əks olunmağa çalışılıb".

Millət vəkili Q.Paşayeva 28 sentyabr 2023-cü ildə 48 yaşında dünyasını dəyişib. ll Fəxri xiyabanda torpağa tapşırılıb.

 


Geri qayıt