Əsas Səhifə > Güney Press > “Sülh müqaviləsi imzalanandan sonra

“Sülh müqaviləsi imzalanandan sonra


Bu gün, 10:57

"Bəzi məlumatlara görə, Azərbaycanla imzalanacaq Sülh müqaviləsinin mətnində qeyd olunur ki, başqa heç bir dövlətin bizim ölkədə hərbi mövcudluğu ola bilməz. Bu o deməkdir ki, bu dövlətlərarası müqavilənin imzalanmasından sonra Rusiyanın 102-ci hərbi bazası Ermənistandan çıxarılmalıdır".
Moderator.az xəbər verir ki, bunu Ermənistanın “Hraparak" qəzeti yazır.
Məlumatda qeyd olunur ki, bunun necə olacağı hələ məlum deyil, çünki Gümrüdəki 102-ci Rusiya hərbi bazası 1995-ci ildə dövlətlərarası müqavilə əsasında yaradılıb.
“Ermənistanla Rusiya arasında hərbi əməkdaşlıq müqaviləsi əvvəlcə 25 il müddətinə imzalanıb. 2010-cu ildə Rusiya prezidenti Dmitri Medvedevin səfəri zamanı isə daha 49 il, yəni 2044-cü ilə qədər uzadılıb. Lakin, əldə etdiyimiz məlumata görə, Sülh müqaviləsində bu bəndin olması Rusiya hakimiyyətinin böyük hiddətinə səbəb olub və Paşinyanın mayın 9-da Moskvada hörmətsiz qəbulu, o cümlədən Putinin onu qəbul etməməsi də bu səbəbdən baş verib. Moskvaya iki günlük səfərə gedən Nikol Paşinyanın nə Vladimir Putinlə, nə də Rusiyaya gələn digər ölkələrin liderləri ilə ikitərəfli görüşü olub”, -deyə erməni nəşri davamında bildirir.
Xatırladılır ki, mayın 9-da baş tutacaq səfərdən əvvəl Paşinyan tənqidlərə cavab olaraq səfərin məqsədlərindən birinin məhz Rusiya prezidenti ilə görüş olduğuna eyham vurmuşdu. Amma Putin bayram tədbirində iştirak edən bütün dövlətlərin rəhbərləri ilə ayrı-ayrılıqda görüşlər keçirsə də, Ermənistan baş naziri ilə belə görüş keçirməyib...

Geri qayıt